Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu da Məcnun müəllimin TENDER ORTAĞI...
Bu da Məcnun müəllimin TENDER ORTAĞI...Bu gün, 07:23 |
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilmiş tender yekunlaşıb. "DİA-AZ" xəbər verir ki, qalib seçilən şirkət "Mckinsey and Company (Azerbaijan), Inc" şirkətinin Azərbaycan filialıdır (1701840751).Tender çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafı üçün BOT (qurulma, əməliyyat, ötürülmə) modeli vasitəsilə Nazirliyin rəqəmsal və analitik vizyonunun çatdırılmasında PMO dəstəyi xidmətləri satın alınacaq. Qalib şirkətlə bağlanmış müqavilənin dəyəri 8 000 000 AZN təşkil edir. Qeyd edək ki, "Mckinsey and Company (Azerbaijan), Inc" şirkətinin Azərbaycan filialı 2015-ci ildə təsis olunub və qanuni təmsilçisi Mehmet Murat Kutalmış Gursoydur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153, Port Baku, Şimal Qülləsi, 7-ci mərtəbədir. Geri qayıt |