Əsas Səhifə > Ana xəbər / Güney Press > Quru sərhədlərin AÇILMASI...
Quru sərhədlərin AÇILMASI...Bu gün, 06:58 |
Məlum olduğu kimi Azərbaycanda quru sərhədlərin bağlı qalma müddəti yanvar ayına qədər uzadılıb. Bəzi mənbələrin məlumatına görə, yeni ildə quru sərhədlər açıla bilər. Quru sərhədlərin yeni ildə açılması nə dərəcədə real görünür? Quru sərhədlər hansı halda açıla bilər? Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin rəsmisi, siyasi şərhçi İlyas Hüseynov Referans-a açıqlamasında bildirib ki, Azərbaycan quru sərhədlərin bağlanması geniş ictimaiyyət arasında bir sıra suallara səbəb olur. Lakin quru sərhədlərin bağlı olması ilə əlaqədar bir neçə dəfə açıqlamalar verilib. Bu məsələnin siyasi, iqtisadi və təhlükəsizlik tərəfləri arqumentləşdirilib. Eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən də bu məsələ barədə danışılıb. Ən geniş yayılmış fikir bundan ibarətdir ki, quru sərhədlərin bağlı qalmasının səbəbi təhlükəsizlik məqsədləri əlaqəlidir. Siyasi şərhçi onu da xatırladıb ki, hətta müharibələr zamanı və qızğın eskalasiyalar baş verəndə biz bu qərarın nə qədər doğru olduğunu da görmüşük. Xüsusilə 12 günlük müharibə zamanı bunu gördük. Əgər dövlətimizin quru sərhədlərin açılması ilə bağlı qərarı olarsa, bu da çox yüksək qiymətləndiriləcək. Çünki quru sərhədlərin bağlı olmasının iqtisadi tərəfləri də mövcuddur. Məhz iqtisadi canlanmanı formalaşdırmaq üçün quru sərhədlərin açılmasının müstəsna əhəmiyyəti olacaqdır. "Lakin dövlətin hazırkı reallıqlar çərçivəsində təhlükəsizlik məsələlərini uca tutması da başadüşüləndir. Və biz müharibədən qalib çıxan, 5 illik Zəfər bayramını yaşayan xalqıq. İndiki vəziyyətdə dünyada baş verən qarşıdurmalar fonunda da təhlükəsizlik çağırışlarının nə qədər önəmli olduğunu da özümüz üçün əxs etməliyik", - deyə siyasi şərhçi bildirib. Geri qayıt |