Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyevin ailəsi ilə bağlı sirlər açılır
Ramiz Mehdiyevin ailəsi ilə bağlı sirlər açılırBu gün, 07:24 |
Ramiz Mehdiyevlə bağlı xəbərlərin fonunda müzakirə olunan, lakin əksər hallarda cavabsız qalan bir sual var: bəzi yüksək vəzifə sahiblərinin ailə üzvləri hansı yollarla elmi və inzibati titullara yiyələnirlər? Buraya Ramiz Mehdiyevin ailəsini də aid etmək olar… Məlum olduğu kimi, Mehdiyevin qızı Kamilə Əliyeva biologiya ixtisası üzrə ali təhsil alıb. Ancaq o, universitetdə psixologiya kafedrasının müdiri vəzifəsini tutur. Biologiya və psixologiya elmi yanaşma baxımından fərqli istiqamətlərdir. Lakin görünür, Kamilə xanım burada məlum “üstünlüklərdən” istifadə edib. Digər tərəfdən, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva barədə məlumatlar da cəmiyyətdə haqlı suallar doğurur. Azərbaycan dilində danışmadığı deyilən Qalina Mehdiyeva riyaziyyat üzrə elmlər doktorudur, professor adını da daşıyır. Üstəlik, doktorluq dissertasiyası müdafiə şurasının sədri olub. Baxmayaraq ki, 60-70 ildir Azərbaycanın suyunu içir, çörəyini yeyir, amma dilimizdə bir kəlmə belə danışmır. Yaşadığı ölkənin ana dilində danışmayan şəxsin belə bir vəzifəyə necə və hansı əsasla təyin olunması da cavabsız qalan suallardandır. Əldə olunan məlumata əsasən, həm Qalina Mehdiyeva, həm də qızı Kamilə Əliyeva dissertasiyalarını təqdim etdikdən sonra qeyri-adi sürətlə, cəmi bir neçə gün ərzində təsdiq alıblar. Halbuki sıravi vətəndaş bu mərhələdə illərlə gözləməli olur. Mehdiyevlər ailəsinin digər üzvləri də yüksək və gəlirli vəzifələrdədir. Məsələn, gəlini Nigar Mehdiyeva deputat Əhliman Əmiraslanovun rəhbərlik etdiyi ATU-nun Onkologiya Klinikasında baş həkimdir. O, süd vəzi xərçəngi kimi ağır bir xəstəliyi əməliyyat edir, kifayət qədər pul qazanır. Həm də professor və elmlər doktorudur. Lakin bu titullara necə və nə qədər elmi töhfə verərək nail olduğu da ayrıca sual doğurur. Ramiz Mehdiyevin erməni olduğu deyilən oğulluğu (övladlığa götürülmüş şəxsin) Levon Qurskayanın vaxtilə ölkənin pasport və qeydiyyat sistemində çalışdığı, hətta bəzi iddialara görə, ermənilərin sənədləşməsində rol aldığı da qeyd olunur. Bunlar olduqca ciddi ittihamlardır. Əgər həqiqət payı varsa, dövlət təhlükəsizliyi baxımından məsələ dərin araşdırma tələb edir. Görəsən, neçə ermənini ölkəyə azərbaycanlı kimi sırıyıb, neçə erməni onların əli ilə azərbaycanlı adı altında vəzifəyə gətirilib? Başqa məlumata görə, Mehdiyevin kürəkəni İlham Əliyev Azərbaycanın şimal hissəsində xeyli ərazini zəbt edib. Görünür, təkcə Ramiz Mehdiyev deyil, bu ailənin və onlara yaxın hər kəsin ciddi şəkildə araşdırılması zəruridir. Geri qayıt |