Əsas Səhifə > Ana xəbər / Güney Press > "Mehdiyev işi"nə görə onlarla vəzifəli şəxs həbs oluna bilər"

"Mehdiyev işi"nə görə onlarla vəzifəli şəxs həbs oluna bilər"


Bu gün, 06:29

"Ramiz Mehdiyevə irəli sürülən maddələrin mahiyyəti elədir ki, bu bir adamın işi deyil. Əgər bu maddələr əsaslıdırsa və qalacaqsa, o zaman təbii ki, Mehdiyevdən başqa kimlərsə, bu prosesə cəlb olunmalı və həbs olunmalıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

O hesab edir ki, bu maddələr əsaslıdır və Dövlət Təhlükəsizlik Xidməti bu məsələləri aparır: "Bu mənada həbs olunanlar təbii ki, sadə insanlar yox, keçmiş məmurlar, komitə rəhbərləri, sabiq nazirlər ola bvilər. Eyni zamanda hazırda işləyən dövlət məmurları da həbs oluna bilər. Əgər dövlət çevrilişinə cəhd, hakimiyyəti zorla ələ keçirmə və saxlamağa cəhd, vətənə xəyanət maddələri varsa, burada R.Mehdiyevin ətrafında da bu məqsədə xidmət edənlərin olması deməkdir. Bu məsələ təkcə hüquqi deyil, həm də siyasi məsələ olduğu üçün konkret adlar çəkmək çətindir. Ola bilər ki, dövlət bu insanlardan bəzilərini həbs etsin, bəzilərini isə yox. Ancaq ümumilikdə bu maddələr üzrə aparılan prosesdə onlarla vəzifəli şəxs həbs oluna bilər".


Geri qayıt