Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət Sərhəd Xidmətinin tenderində iştirak edəcək 3 şirkət tapılmadı

Dövlət Sərhəd Xidmətinin tenderində iştirak edəcək 3 şirkət tapılmadı


Bu gün, 06:01

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən elan edilmiş tender ləğv edilib.

"DİA-AZ" xəbər verir ki, tender “Sərhədçi” İdman Mərkəzində texniki xidmətin göstərilməsi, əsaslı təmir işlərinin aparılması və tələb olunan avadanlıqların alınması və quraşdırılması məqsədilə elan edilmişdi.

Müsabiqə 26 sentyabr 2025-ci il saat 10:20-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı 20 oktyabr 2025-ci il saat 10:30-da keçirilməli idi. Layihənin ehtimal olunan qiyməti 70 995 AZN təşkil edirdi.

Ləğv edilmə səbəbi, iştirak edən və tələb olunan lisenziyaya malik təchizatçıların sayının üçdən az olmasıdır (36.1.1-ci maddə).


Geri qayıt