Əsas Səhifə > Ana xəbər / Güney Press > Camaata xəstə heyvanların əti yedirilir...
Camaata xəstə heyvanların əti yedirilir...Bu gün, 05:34 |
Şəkinin mal-qara bazarında xəstə halda, iri və xırdabuynuzlu heyvanların satılması ilə bağlı iddialar yayılıb.Ajans.az xəbər verir ki, həmin ərazi 2007-ci ildən fəaliyyət göstərir və burada aktiv şəkildə mal-qara satışı həyata keçirilir. Lakin alıcı və satıcıları narahat edən problemlərdən biri də dezinfeksiya hovuzunun olmamasıdır. Əsas məsələ isə, camaatın çoxunun xəstə halda heyvanları almasıdır. Sakinlər bildirirlər ki, baytarlıq idarələri, aidiyyəti qurumlar vəzifələrini düzgün icra etmirlər. Ona görə də, bütün əziyyət fermerlərin üzərinə düşür. Bazara hər gün satış üçün digər rayonlardan mal-qara, qoyun-quzu gətirilir. Kəndli hər birinə nəzarət edə bilmir. Fermerlər öz hesablarına peyvəndləmə aparır, xəstə heyvanlar təcrid olunur. Geri qayıt |