Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyev bir az dik duran insanları sındırıb, məhv edib

Ramiz Mehdiyev bir az dik duran insanları sındırıb, məhv edib


Bu gün, 04:58

Son zamanlar mətbuatda dövlət çevrilişi cəhdi ilə bağlı ittiham edilən Ramiz Mehdiyevin yaxın ətrafında olan şəxslərin və onun fikirdaşı qismində tanınanların siyahısı açıqlanıb. Mənbələrə görə, həmin siyahıda müxtəlif dövlət qurumlarında və yüksək vəzifələrdə fəaliyyət göstərmiş şəxslər yer alır. Prezident İlham Əliyevin fərmanı ilə Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib. Növbəti mərhələdə isə yüksək vəzifə tutan məmurların, millət vəkillərinin bir qisminin vəzifədən azad edilərək həbs olunacağına dair iddialar yayılır.
 
Mövzu ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd edib ki Ramiz Mehdiyev və ətrafı Azərbaycana yalnız maddi deyil, həm də böyük mənəvi ziyan vurub:
 
"Çox doğru qərardır. Bu qərar lap əvvəldən verilməli idi. O kim idi ki, Təhlükəsizlik Şurasında qalsın? Proseslər belə olmalıdır. Təmizlənmə edilməlidir və edilir. Hələ bir sıra adamlar da var ki, məsuliyyətə cəlb olunmalıdır. Bu insanlar, yəni kommunist-bolşevik təfəkkürlü insanlar təmizlənməlidir. Məncə bunlardan sonra bir sıra sahələrdə xeyli irəliləyiş ola bilər. Mən belə düşünürəm ki, istintaq getdikcə çox şeylər ortaya çıxacaq. Bilirsiniz, məsələ təkcə onların var-dövlət əldə etməyindən getmir. Onlar Azərbaycana mənəvi olaraq böyük ziyan vurublar. Murdarçılıq ediblər və bizim bütün milli dəyərləri - insanlığı kişiliyi heçə sayıblar. Bir az dik duran insanları sındırıb məhv ediblər, ətrafına yaltaqları yığıblar. Və indi də həmin yaltaqlar özlərini göstərirlər, bir-birlərini satırlar. Buqələmunlarla irəli getmək mümkün deyil!"
 
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə diqqəti idarəçilikdəki boşluqlara yönəldib:
 
"Bu bir-iki ilin söhbəti deyil, onilliklərlə davam edən problemdir. Kiminsə çıxarılması, hamının çıxarılanın üzərinə tökülüşməsi və s. Açığı mən bu prosesləri qiymətləndirmək də istəmirəm. Məncə ümumilikdə idarəçilik sistemi fərqli olmalıdır ki, bu cür məsələlər ortaya çıxmasın. Nə qədər olub belə şeylər. Gah o nazir, gah bu nazir, gah o nazirin şəbəkəsi, gah bu nazirin şəbəkəsi... İllərdir davam edir bu proses. Hələ Ramiz Mehdiyev məsələsi həll olduqdan sonra qarantiya yoxdur ki, hər şey bitəcək. Birindən digəri törəyir. Bu idarəçilik sistemi bağlı məsələdir. Mən görürəm ki, cəmiyyətdə belə şeyə meyillidir. Elə ona görə də cəmiyyət üçün də, ölkə üçün də ürəyim ağrıyır".
 
YAP-ın qurucularından jurnalist Xeyrəddin Qoca deyib ki, Ramiz Mehdiyev əslində 30 il əvvəl həbs olunmalı idi:
 
"Ramiz Mehdiyev 30 il əvvəl həbs olunmalı idi. Biz bunu televiziyada deyirdik, mətbautda yazırdıq. Mən sizə deyim, onun şəbəkəsində çoxlu adam var, saysız hesabsız. Onların içində çoxlu jurnalist, deputat, özünü dövlət adamı hesab edən yaramazlar var. Amma mənim dediyim həqiqətdir. Bunu dəfələrlə televiziyada, mətbuatda ifadə etmişəm".
 
Daha ətraflı sujetdə:
Sherg.az

Geri qayıt