Əsas Səhifə > Ana xəbər / Güney Press > “Sədərək Yusif”in oğlunu Ramiz Mehdiyevə köməkçi təyin etdirmək PLANI
“Sədərək Yusif”in oğlunu Ramiz Mehdiyevə köməkçi təyin etdirmək PLANIBu gün, 02:38 |
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.
“Sədərək Yusif”in oğlunu vəzifəyə gətirmək üçün xərclədiyi milyonlar Yusif Qədiməliyevlə Ramiz Mehdiyev arasındakı münasibətlər sadəcə himayədarlıq məsələsi ilə yekunlaşmayıb. Bunun üçün Yusif Qədiməliyevin oğlu Mehman Əli Həsənova köməkçi təyin edilib. Əli Həsənovun qapısında oturan Mehman Qədiməliyev bir müddət ictimai-siyasi şöbədə inkişaf edib, baş məsləhətçi səviyyəsinə qədər yüksəlib, dövlət qulluqçusu rütbələri alıb. Əli Həsənov ilə bütün səfərlərə gedən Mehman eyni zamanda bir növ maliyyə məsələləri üzrə köməkçi rolunu da oynayıb. Ondan sonra, 2015-ci ildə Əli Həsənov Mehman Qədiməliyevi Ramiz Mehdiyevin köməkçisi vəzifəsinə təyin etdirmək istəyib.
Mehman Qədiməliyev vaxtilə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində yüksək vəzifə tutub və Əli Həsənovun rəhbərliyi altında çalışıb. Onu da bildirək ki, Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı qərarından sonra mətbuatda Yusif Qədiməliyevin şəxsi kapitalının bir hissəsini xaricə köçürməsi barədə məlumatlar yayılıb. BizimMedia Geri qayıt |