Əsas Səhifə > Ana xəbər / Güney Press > “Uğur Rent A Car” dələduzluğ iddiası
“Uğur Rent A Car” dələduzluğ iddiasıBu gün, 12:16 |
“Azərbaycan Reallığı” xəbər verir ki, sosial şəbəkələrdə “Uğur Rent A Car” adlı şirkətə qarşı ciddi ittihamlar səsləndirilib. “Müştəriyəm, şikayətim var” adlı “Facebook” qrupunda bir vətəndaş həmin şirkətin dələduzluq, hədələmə və qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu iddia edib.
Vətəndaşın paylaşımında qeyd olunur ki, o, “Instagram” üzərindən avtomobil kirayəsi üçün “Uğur Rent A Car” ilə əlaqə saxlayıb, lakin şirkətlə üzləşdiyi təcrübə tamamilə neqativ olub:
“İnstagramda ‘rent’ sözünü yazan kimi birinci bunlar çıxdı. Əlaqə saxladım, 2 günlük maşın istədim, sonradan dedim 1 günlük götürəcəm, ‘problem deyil’ dedilər. Ofisə gələndə üslublarından artıq hiss etdim ki, bunlar normal yer deyil. 70 manat verdim, birdən-birə dedilər 100 ödəməsən nə pulunu, nə də maşını vermirik. Məcbur qalıb əlavə 30 manat da ödədim.”
“Avtomobilin bir neçə funksiyası işləmirdi. Maşını qaytaranda öz vurduqları yerləri mənim boynuma qoymaq istədilər, alınmadı. Bu dəfə dedilər guya 50 manatlıq cərimə var. Ödədim, sonra dedilər 2 bal da var, 140 manat da ona görə verməlisən. Müqavilədə belə bir şey yoxdur, amma ‘mən deyirəm ödəyəcəksən’ dedilər.”
Vətəndaş əlavə edib ki, ofisdən çıxarkən onu nalayiq ifadələrlə təhqir edib təqib ediblər:
“Polisə zəng etdim, onlar da qaçıb qayıtdılar. Hər şeyin videosu və səs yazısı məndə var, hüquq-mühafizə orqanlarına təqdim olunacaq.”
Onun sözlərinə görə, “Uğur Rent A Car” adlı ofis heç bir reklam lövhəsi olmadan fəaliyyət göstərir:
“Ünvan Bakıxanov (Razin), Stimul Hospital ilə üzbə-üz, yeni tikilinin altında yerləşir. Yanında şəhid şəkilləri olan bir mağaza var. Kassa çeki vermirlər, qeyri-qanuni işlədikləri görünür.”
Vətəndaş sonda qeyd edib ki, məsələ ilə bağlı polisə müraciət edib və prokurorluğa da məlumat veriləcək:
“Bu hozulara hüquqi dərs verəcəm. Dərəbərlik dövrü deyil, qanun var. Lazım olsa, əlavə xərc də çəkəcəm ki, bu kimi ‘rent a car’ adı altında fəaliyyət göstərən dələduzlara dərs olsun.”
Geri qayıt |