Əsas Səhifə > Ana xəbər / Güney Press > Onlar vəzifədə ola-ola Ramiz Mehdiyevə LAYİQ OLDUĞU sözləri demişdilər...
Onlar vəzifədə ola-ola Ramiz Mehdiyevə LAYİQ OLDUĞU sözləri demişdilər...Bu gün, 11:01 |
Azərbaycan hakimiyyətinin uzun illər əsas simalarından biri olmuş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ağır cinayətdə ittiham olunur. Ramiz Mehdiyev son illərə qədər istər dövlət idarəçilyi, istər yüksək vəzifə təyinatları, istərsə də parlament seçkilərində əsas söz sahiblərindən biri olub. Bugün Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması bir zamanlar onun haqqında tərif deyənləri də ona qarşı qaldırıb. Ancaq zamanında hakimiyyət daxilində Ramiz Mehdiyevə qarşı açıq mübarizə aparan şəxslər də olub. Modern.az saytı həmin şəxslərinin kimliyini dəqiqləşdirməyə çalışıb: Bunlar Milli Məclisin sabiq üzvü Fəzail Ağamalı, Naftalan şəhərinin keçmiş icra başçısı Musa Musayev, eks-deputat Sabir Rüstəmxanlı, keçmiş nazir Siruz Təbrizli və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev olub. Yuxarıda adlarını çəkdiyimiz şəxslər zamanında Ramiz Mehdiyevin qılıncının dalı-qbağı kəsən vaxtlarda çəkinmədən onun haqqında sərt ifadələr səsləndiriblər və bu mövqelərinə görə məhz Mehdiyevin qəzəbinə tuş gəliblər. Siruz Təbrizli - Tanınmış siyasətçi, sabiq millət vəkili, eks-nazir Musa Musayev - Sabiq deputat və keçmiş icra başçısı Sabir Rüstəmxanlı - Sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Şahlar Əsgərov - keçmiş deputat, YAP-ın veteranlar şurasının üzvü Fəzail Ağamalı - Sabiq deputat, Ana Vətən Partiyasının sədri Alqış Musayev - Jurnalist, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Geri qayıt |