Əsas Səhifə > Ana xəbər / Güney Press > Borclu, amma qalib: 6,4 milyonluq tender kimə verildi?
Borclu, amma qalib: 6,4 milyonluq tender kimə verildi?Dünən, 03:40 |
“Azərenerji” ASC elan etdiyi tenderin nəticələrini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, tender 2 ədəd 100 MVA gücündə transformatorların satın alınması məqsədilə həyata keçirilib.Satınalmanın qalibi “ATEF Şirkətlər Qrupu” MMC (VÖEN: 1900930921) olub və şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 6 490 000 AZN təşkil edir. Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 33 892 585 AZN-dir. Şirkətin qanuni təmsilçisi Emil Əlixanbəyov Talıb oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşir. Şirkət riskli vergi ödəyicisi deyildir və 31 685,02 AZN vergi borcu mövcuddur. Geri qayıt |