Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazir Eşqi Bağırovu yola salır?
Nazir Eşqi Bağırovu yola salır?Dünən, 13:07 |
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırovun vəzifədən gedəcəyi ilə bağlı iddialar səslənir. Məlumata görə, artıq bir müddətdir ki, E.Bağırov işə də çıxmır. Faktiki Azərbaycanda məktəb və bağçalara nəzarət edən bir nömrəli agentliyin rəhbərinin hansı səbəbdən vəzifə başında olmaması, işindən uzaqlaşdırılması maraq doğurur. Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, MÜTDA rəhbəri E.Bağırov Emin Əmrullayev və Elnur Əliyevin tapşırığına əsasən inzibati binaya buraxılmır. Halbuki E.Bağırov bu həftə artıq vəzifə başında olmalı idi: “Elm və Təhsil Nazirliyində illərdir bir neçə qruplaşma funksional vəzifələri ələ keçirmək uğrunda mübarizə aparır. Bunu artıq bütün cəmiyyət də, təhsil camiyyəsi də açıq-aşkar görür. Orada əsas qruplaşma Emin Əmrullayevin biznes şəriki Təhsil İnstitunun direktoru Elnur Əliyevlə bağlıdı. Elnur Əliyev ilk addığı addım Təhsildə Kefiyyət Təminat Agentliyini ələ keçirmək oldu. Çünki bu agentlik vasitəsi ilə məktəb inspeksiyaları və s bir sıra layihələr həyata keçirilir ki, oradan küllü miqdarda pul vəsaitlərinin silinməsi də mümkündür. E.Qafarov bildirib ki, Eşqi Bağırovun da MÜDTA-ya buraxılmaması ilə bağlı xəbərlər yayılmaqdadır: “Eşqi Bağırov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi rəhbəridir. İndi təsvir edin, ölkə üzrə məktəblərin tarifikasiyaları təsdiq olunmayıb və yüzlərlə məktəblərdə müəllim vakansiyaları var, yüzlərlə məktəbdə dərslər keçirilmir, cədvəllər hazır deyil, bölgü tamamlanmayıb. Xüsusi ilə də Lerik, Yardımlı dağlıq ərazilərdə bağlanan məktəblərdə şagirdlərinin tədrisə cəlb olunması problemi hələ də qalıb. Artıq tədris ilinin 5-ci həftəsidir və həmin ərazilərdə dərslər guya onlayn keçirilir. Çünki bir kənddən digər kəndə uşaqların aparılması və onların məktəbə davamiyyəti təmin edilə bilmir. Guya müəllimlər dəsi onlayn keçirlər və əcaib vəziyyət yaranıb. Bu ərəfədə də Eşqi Bağırov artıq 10 gündür ki, məzuniyyət adı ilə işə buraxılmır. Geri qayıt |