Əsas Səhifə > Ana xəbər / Güney Press > Yüksək zərərdə olan “Bank VTB” (Azərbaycan) çətin vəziyyətini ELAN EDİB
Yüksək zərərdə olan “Bank VTB” (Azərbaycan) çətin vəziyyətini ELAN EDİBBu gün, 09:34 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
“Bank VTB” (Azərbaycan Filialı) 2025-ci ilin 9 ayına olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın vəziyyəti heç də ürəkaçan deyil. Bankın aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 18 milyon 823 min manat və ya 5,93 faiz azalaraq 298 milyon 275 min manata enib. Bu azalmada əsas pay nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin payına düşüb. Belə ki, bankı bu bəndi 27 miloyn 579 min manatlıq azalaraq 20 milyon 152 min manata düşüb. Bundan başqa bankın biznesmen müştərilərinə verdiyi kreditdə də 7 milyon 728 min manatlıq geriləmə olub. Sentyabr ayının sonuna “Bank VTB” (Azərbaycan)ın müştərilərinə verdiyi biznes kreditləri 70 milyon 805 min manat təşkil edib.
Kommersant.az xəbər verir ki, bankın öhdəliklər cəmində də azalmalar olub. Belə ki, “Bank VTB” (Azərbaycan)ın cəmi öhdəlikləri 186 milyon 789 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 29 milyon 323 min manat və ya 13.56 faiz azdır. Bu azalmanın 37.98 faizi depozit portfelinin payına düşüb. Bankın biznesmen müştəriləri 9 ay ərzində bankdakı vəsaitləriinin 17 milyon 866 min manatını geriyə çəkərək hüquqi şəxslərin depozitlərinin həcmini 26 milyon 239 min manata endirib. Bu, 9 ay əvvəl ilə müqayisədə 40.5 faizi deməkdir. Fiziki şəxslərdən topladığı əmanətlərin həcmini 6 milyon 728 min manat artıran “Bank VTB” (Azərbaycan)ın depozit portfelinə artım kimi təsir etməyib. “Bank VTB” (Azərbaycan) üç rübün yekununda yığılmış zərərini 10 milyon 499 min manat və ya 4.84 faizini azaldaraq 206 milyon 197 min manata endirib. Ümumi ehtiyatlarını isə 9 milyon artıraraq 1 milyon 867 min manata çatdırıb. Nəticədə bankın kapital cəmi 10 milyon 499 min manat və ya 10.39 faiz artaraq 111 milyon 485 min manata yüksəlib.
Geri qayıt |