Əsas Səhifə > Ana xəbər / Güney Press > Erməni general siyahını açıqladı: Bakı İrəvandan bu şəxsləri istəyir
Erməni general siyahını açıqladı: Bakı İrəvandan bu şəxsləri istəyirBu gün, 09:33 |
Azərbaycan Ermənistandakı hərbi cinayətkarların ekstradisiyasını tələb edə bilər. Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb. “Ermənistanın keçmiş müdafiə naziri general Arşak Karapetyan bundan əvvəl belə bir fikir səsləndirmişdi ki, Azərbaycan yaxın gələcəkdə Qarabağ müharibəsinin əsas iştirakçılarının (hərbi cinayətkarlar və ya terrorçuların – red.) ekstradisiyasını tələb edə bilər. General Ermənistan hakimiyyətinin bu tələblə razılaşacağını istisna etmədiyini də bildirib”, - nəşr yazıb. Nəşr mənbəyə istinadla həmin şəxslər arasında Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisləri, generallar Yuri Xaçaturov, Movses Akopyan və Artak Davtyan, eləcə də ləğv edilmiş separatçı rejimin “müdafiə naziri” Kamo Vardanyanın adlarını çəkib. Arşak Karapetyan məxfi sənədlərin Azərbaycanın əlinə keçdiyini söyləyib. Azərbaycanın tələb edə biləcəyi hərbi cinayətkarlar arasında Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan, həmçinin sabiq müdafiə naziri Seyran Ohanyanın olacağı da istisna edilmir. Xatırladaq ki, adları çəkilən cinayətkarlar 1990-cı illərdə Azərbaycan ərazilərinin işğal edilməsində aparıcı rol oynayıb. Onlar işğalla yanaşı, Azərbaycan ərazilərində törədilmiş soyqırımı, digər müharibə və insanlığa qarşı cinayətlər, eləcə də terror aktlarının iştirakçısı və müəllifləridir. Bu səbəbdən onlara qarşı Azərbaycanda cinayət işi açılıb. Geri qayıt |