Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda şirkətin 1,5 milyon manatlıq payı iki təsisçi arasında bölündü

Azərbaycanda şirkətin 1,5 milyon manatlıq payı iki təsisçi arasında bölündü


Bu gün, 09:21

14 oktyabr 2025-ci il tarixinə “M.A.R.M” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında dəyişiklik edilib.

"DİA-AZ" xəbər verir ki, .irkətin nizamnamə kapitalı 1 milyon 530 min manat məbləğində daşınmaz əmlak (0,1599 hektar torpaq sahəsi) şəklində qoyulmuş hissə qədər azaldılıb.

Dəyişiklikdən sonra nizamnamə kapitalı tam şəkildə (100 faiz) pul vəsaiti formasında formalaşdırılıb və təsisçilər arasında aşağıdakı kimi bölünüb:

  • Əlməmmədov Namiq Əlməmməd oğlu – hər biri 10 manat olmaqla, 76 501 pay

  • Allahverdiyev Qurban Məşdi oğlu – hər biri 10 manat olmaqla, 76 501 pay

Xatırladaq ki, “M.A.R.M” MMC 13 iyul 2022-ci ildə dövlət qeydiyyatına alınıb Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan ev.54 m.21-dir. Qanuni təmsilçisi Əlməmmədov Namiq Əlməmməd oğludur.


Geri qayıt