Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyev və Gömrükdəki nəhəng karqo şirkətləri

Ramiz Mehdiyev və Gömrükdəki nəhəng karqo şirkətləri


Bu gün, 08:57

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qərarının çıxarılmasından sonra ölkə mediasında onun biznes dairələri və əlaqələrinə dair yeni müzakirələr başlayıb. Ölkədə və xaricdə olan biznesləri, şirkətlərinin adları və talanan milyonlar sadalanır.

Bu əsnada "Boz kardinal"ın nəzarətində olan, ona və yaxınlarına milyonlar qazandıran karqo şirkətlərini də unutmaq olmaz. Xüsusilə, gömrük sistemi və yükdaşıma (kargo) sektorunda illərdir formalaşan təsir şəbəkəsi araşdırılmalıdır.

Məlumatlara görə, Ramiz Mehdiyevin əsas gəlir mənbələrindən birini də məhz gömrük daşımaları və kargo şirkətləri təşkil edib.

Bu kontekstdə “Karqo Şamil” ləqəbi ilə tanınan Şamil Heydərovun adı tez-tez çəkilib. Onun “Çin Karqo” və “Şah Kargo” kimi nəhəng şirkətlərlə əlaqəsi və bu strukturun illər ərzində gömrük sistemində xüsusi imtiyazlara malik olması barədə də müxtəlif iddialar mövcuddur.

Eyni zamanda, mətbuatda Şamil Heydərovla Ramiz Mehdiyev arasında yaxın münasibətlər, dostluq və biznes ortaqlığına dair xəbərlər dəfələrlə tirajlanıb. Gömrük sistemində illərlə davam edən qeyri-şəffaf mexanizmlər və müəyyən şəxslərin inhisarçı mövqeyi ölkədə azad bazar rəqabətinə ciddi təsir göstərib.

Bizimxeber.org


Geri qayıt