Əsas Səhifə > Ana xəbər / Güney Press > Mehdiyevin AMEA-dakı UZANTILARI NƏ OLACAQ?

Mehdiyevin AMEA-dakı UZANTILARI NƏ OLACAQ?


Bu gün, 10:27

Akademik Ramiz Mehdiyevin sağ əli olsun vəzifələr tutub rüşvəti, xəyanəti körükləyən, qanunla hesablaşmayan, xalqın qanını içib, haqqını yeyib öz Vətənində vətənsizə çevirən canilərin başına. Ancaq zamanında və məkanında.
Qanunsuzluq və ədalətsizlik mühitinin formalaşdırılmasına, neçə-neçə ailələrin başsız qalmasına, dağıdılmasına, Vətən övladlarının haqqının yeyilib özlərinin çörək dalınca yad ellərə üz tutmasına, dövlətin təməl dayaqlarının oğurlanmasına, vətəndaşların öz Vətənində yadlaşmasına, bir tikə çörəyə möhtac buraxılmasına, kin və ədavət mühitinin yaradılmasına səbəb olan neçə-neçə ramizlərin illər sonra həbs olunmasının, təəssüf ki, faydası faydasılıq qədər olur. Cəza gecikəndə onlar ya aradan çıxır, ya dünyalarını dəyişir, ya da 80-90 yaşlarında böyük malikanələrində, süd vannalarında, eyforiyada, həzin musiqinin fatihəsayağı sədaları ("Olan olub, keçən artıq keçibdir...") altında həvəslə Əzraili gözləyəyirlər.
Minlərlə, yüz minlərlə ailələrin ocağı söndürülmüş, fiziki, mənəvi-psixoloji işgəncələrdən, aclıqdan, yoxsulluqdan ölən ölmüş, qaçan qaçmış, alçalan alçalmış, həyata tutunan tutunmuşdur. Minlərlə, on minlərlə, yüz minlərlə gəncin taleyi ya məhv edilmiş, ya da təhlükə altındadır.
Akademik başların xeyir-duası ilə cəmiyyət quduzlaşmış istibdadın qanlı oylağına çevrilmişdir. Nəinki dövlət, həm də insanlıq əleyhinə cinayət törədənlər barəsində gecikmiş həbslər, heyf ki, bir çox hallarda hədəfə düşmür və zərəli prosesi ömrünü uzadır...
İdris Abbasov
Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru 
"DİA-AZ"dan: Xatırladaq ki, İdris Abbasov uzun müddətdir ki, AMEA-da qərarlaşmış və Ramiz Mehdiyevə biət etməkdə olan ALİM ŞƏBƏKƏSİNİN cinayətlərini ifşa etməkdədir. Hər halda, ümid edək ki, başında eləa AMEA rəhbərliyinin dayandığı bu şəbəkə də nəhayətdə layiqli cəzasını alacaq və gerçək elm adamları layiq olduqları qiyməti alacaqlar...

Geri qayıt