Əsas Səhifə > Ana xəbər / Güney Press > AİB sədri saxta məhsullara görə bu qurumları günahlandırdı
AİB sədri saxta məhsullara görə bu qurumları günahlandırdıBu gün, 17:49 |
Xəbər verdiyimiz ki, bu gün İrandan gətirilən məhsulların ölkəyə girişi və təhlükəli olub-olmadığı ekspertlər arasında qalmaqala səbəb olub. Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, illər öncə Cəlilabad, Lənkəran zonası İrandan şəxsi tələbat üçün məhsullar alıb, satışı ilə məşğul olurdular. E. Hüseynovun sözlərinə görə, artıq İrandan topdan, külli miqdarda məhsul alıb, kiçik bizneslə məşğul olanlar yoxdur. Üstəlik, bir ölkənin məhsulları “zərərlidir” deyə, anlayış da yoxdur. Zərərli məhsul partiya mala aid olan anlayışdır. Demək olmaz ki, filan fabrikin malları zərərlidir. “Filan fabrikin, filan partiya malı zərərlidir” ola bilər. Əlbəttə, AİB-in İrandan gələn mallarına ən böyük iradı onun milli dildə barkalanmamasıdır. Bu məsələ də artıq düzəlir. Son 3 ildə bu məsələ 80 faiz düzəlibdir. İllər öncə fars dilin olan məhsulların heç yaranma və istifadə müddəti də bilinmirdi. Artıq Qida Təhlükəsizliyi Agentliyi bu sahədə iş görübdür. İstifadə və buraxılma müddəti qeyd olunur, qismən düzəlib. Markalanma məsələsinə toxunan Eyyub Hüseynov bildirib:
Keyfiyyət məsələsi barədə danışan sədr qeyd edib ki, bu barədə problemlər yaşanır:
Geri qayıt |