Əsas Səhifə > Ana xəbər / Güney Press > Qanunsuz hökm çıxaran hakimi hansı cəza gözləyir?

Qanunsuz hökm çıxaran hakimi hansı cəza gözləyir?


Bu gün, 10:52

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Pərviz Həşimlınin şikayəti üzrə qərarını açıqlayıb.

Məhkəmənin qərarına əsasən Pərviz Həşimlinin həbs və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi qanunsuz olub.

Bəs görəsən, Pərviz Həşimli, ümumiyyətlə ayrı-ayrı şəxslər barəsində qanunsuz hökm çıxaran hakimləri üçün cəza varmı?

Gununsesi.info xəbər verir ki, məhkəmədə bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxaran hakim barəsində qanunvericilik cinayət məsuliyyəti müəyyən edib.

Bu, Cinayət Məcəlləsinin 295-ci maddəsində təsbit olunub.

Həmin maddəyə görə, bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxaran hakim beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təəssüf ki, Azərbaycanda ədalətsiz hökmlərin sayı çox olsa da indiyədək heç bir hakim qanunsuz hökmünə görə cəzalandırılmayıb.


Geri qayıt