Əsas Səhifə > Ana xəbər / Güney Press > Sərkisyan “intihar etsin” deyəndə yanında dayandı, Paşinyan sonra ona…
Sərkisyan “intihar etsin” deyəndə yanında dayandı, Paşinyan sonra ona…Bu gün, 07:01 |
Ermənistan hökumətinin Vayots Dzora təyin etdiyi qubernator ölkə müxalifəti və ictimaiyyətdə təəccüblə qarşılanıb. Globalinfo.az xəbər verir ki, bu vəzifəyə gətirilən Vaaqn Arsenyanın əvvəllər baş nazir Nikol Paşinyana qarşı müxalifətin yanında dayandığı bildirilir. Hətta keçmiş prezident Serj Sərkisyanın hökumətə qarşı çıxışlarında Arsenyanın da olduğu deyilir. Məlumata görə, 2021-ci ilin iyununda müharibədən sonra Cermuka yollanan Sərkisyan Paşinyanla bağlı bəzi sərt fikirlər səsləndirib. O, “Nikol Paşinyan özünə hörmət etsəydi, çoxdan intihar edərdi”, – deyə bildirib. Bu zaman keçmiş prezidentin yanında erməni siyasətçi və iş adamı Aşot Arsenyanla onun oğlu Vaaqn Arsenyan da əyləşib. Ata-oğul Sərkisyanın ürəkdən dəstəkləyib, çıxışlarına qatılıblar. Bundan cəmi 4 il sonra məhz Paşinyan hökumətinin Arsenyanı Vayots Dzor kimi strasteji bir bölgəyə qubernator təyin etməsi ciddi müzakirələrə səbəb olub. Geri qayıt |