Əsas Səhifə > Ana xəbər / Güney Press > Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra Azərbaycanda
Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra AzərbaycandaDünən, 21:19 |
Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə Azərbaycana gəlib.Musavat.com xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib. “Məlum səfər ölkəmizdə 2020-ci ildə təməli qoyulmuş və artıq uzun illərdir davam edən sağlam iqtidar-müxalifət münasibətinin, aparılan uğurlu siyasi dialoqun bariz nümunəsidir. Öz adımdan, rəhbərlik etdiyim partiya adından başda cənab Prezident Ilham Aliyev, çox hörmətli Birinci vitse-prezident Mehriban Aliyeva olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildirirəm". Rəsul Quliyevin qızı Xanım Hənna da Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb: "30 ildən sonra ailə üzvlərimlə birlikdə vətənimiz Azərbaycana gəldik. Gözəl Bakımızdayıq. Səfərimizin ilk gününü Fəxri Xiyabanı ziyarətlə başladıq. Müstəqil Azərbaycanımızın qorunub-saxlanılmasında, güclənməsində müstəsna xidmətləri olmuş mərhum Prezidentimiz Heydər Əliyevin, həyat yoldaşı görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və digər görkəmli dövlət xadimlərinin, ziyalıların, xüsusi hörmət bəslədiyimiz digər şəxsiyyətlərin məzarlarını ziyarət etdik. Ardınca bizlərə məğrurluq, qürur, iftixar və qələbə hisslərini yaşatmış müqəddəs şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdik. Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir. Deməliyəm ki, dünyanın ən məşhur paytaxt şəhərlərində olmuşuq, lakin bizim paytaxtımız təkcə təmizliyi ilə deyil, zövq və gözəlliyi ilə də onların hamısından öndədir. Geri qayıt |