Əsas Səhifə > Ana xəbər / Güney Press > Milli Arxiv İdarəsi 500 minlik inventar alır

Milli Arxiv İdarəsi 500 minlik inventar alır


Dünən, 18:02

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi inventar alır.

Pravda.az-ın xəbərinə görə, idarə bu məqsədlə 498 936 AZN xərcləyəcək.

Satış “Vest-LTD” QSC tərəfindən həyata keçiriləcək. Buraya mətbəx oturacaqları, portretlər, qapı löhvələri, kartatekalar, kitab dolabları və s. daxildir.

Qeyd: “Vest-LTD” 2010-cu ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 2050 manatdır, direktoru Verdəliyev Şahin Əlimərdan oğludur. "VEST-LTD" QSC bir çox tenderlərin qalibi elan edilib. Mətbuatda yazılan və indiyədək təkzib olunmayan məlumatlarda qeyd olunur ki, şirkət “tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyev adlı şəxsə məxsusdur. 2021-ci ildə Ramazan Mirzəyevlə bağlı mediada dərc olunan məlumatların araşdırılmasından da məlum olub ki, “iş adamı” Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş İcra Hakimiyyətləri və Mədəniyyət Nazirliyininin satınalmalarında daim “qalib” gəlir.


Geri qayıt