Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda iki məşhur MTK külli miqdarda borca düşüb
Bakıda iki məşhur MTK külli miqdarda borca düşübBu gün, 11:35 |
Azərbaycanda iki məşhur Mənzil-Tikinti Kooperativinin dövlət qarşısında vergi borcunun olduğu üzə çıxıb. İqtisadiyyat.az xəbər verir ki, bunlar “MTK-Real” və “Star-M” MTK-lardır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “MTK-Real”ın 6000 manat, “Star-M”in isə 903 921 manat ödənməmiş vergi borcu yığılıb. Qeyd edək ki, “MTK-Real” 2005-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Təhmiraz Bədəlovdur. “Star-M” isə 2004-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Cabir Qasımovdur. Geri qayıt |