Əsas Səhifə > Ana xəbər / Güney Press > ABB-də yeni təyinat

ABB-də yeni təyinat


Bu gün, 10:47

ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.

Banker.az xəbər verir ki, Nurxan Babayev ABB-nin İnsan resurslarının idarə edilməsi departamentinin direktor müavini vəzifəsinə təyin olunub.

O, 2021-ci ilin mart ayından indiyə kimi ABB-nin Daxili kommunikasiya şöbəsinin müdiri kimi çalışıb.

N.Babayev ABB-yə 2020-ci ilin mayında gəlib.

O, 2019-cu ilin oktyabrından 2020-ci ilin mayına qədər isə “Bank VTB (Azərbaycan)” QSC-nin İşçi heyətinin inkişafı, təlimi və motivasiyası şöbəsinin müdiri idi.


Geri qayıt