Əsas Səhifə > Ana xəbər / Güney Press > Oqtay Şirəliyevin yerinə təyinat olacaq
Oqtay Şirəliyevin yerinə təyinat olacaqBu gün, 08:56 |
Oktyabrın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq. Yığıncağın gündəliyinə ASC-yə baş direktorunun seçilməsi daxildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinə məlumatlarına əsasən, indiyə qədər "Respublika Diaqnostika Mərkəzi"nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib. Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır. Geri qayıt |