Əsas Səhifə > Ana xəbər / Güney Press > Konsulluqda tapılan cəsədin sirri: Onun Qarabağla nə əlaqəsi var idi?

Konsulluqda tapılan cəsədin sirri: Onun Qarabağla nə əlaqəsi var idi?


Bu gün, 09:32

Ermənistanın Rusiyanın Sankt-Peteburq şəhərindəki konsulluğunda ölü Boris Avaqyanın işi ilə əlaqədar araşdırma aparılır.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd”a Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, sentyabrın 24-də ləğv edilmiş separatçı rejimin “nümayəndəsi” Boris Avaqyan Peterburqdakı konsulluqda ölü tapılıb. Avaqyan bundan əvvəl konsulluqda olduğunu bildirərək, Ermənistana ekstradisiya tələb edən video yaymışdı.

“Joqovurd”un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb. Nazirlik prosesin əsasları və vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb.

Vəkili iddia edir ki, Avaqyan intihar edə bilməzdi, Rusiya mətbuatı isə borc məsələlərindən yazıb.

“Hadisənin baş vermə şəraiti Ermənistan və Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Amma istənilən halda Boris Avaqyanın ölümü çox müəmmalı olub”, - nəşr qeyd edib.


Geri qayıt