Əsas Səhifə > Ana xəbər / Güney Press > “Sahil-S İnşaat” qalmaqalının baş qəhrəmanı Pənah Kərimov necə azadlığa çıxıb?
“Sahil-S İnşaat” qalmaqalının baş qəhrəmanı Pənah Kərimov necə azadlığa çıxıb?Bu gün, 09:19 |
Son vaxtlar dələduz MTK-lar və onların rəhbərlər, bir mənzilin bir neçə vətəndaşa satılması ilə bağlı məlumatlar artır. Bu mənfi tandensiyanın davam etməsinin səbəblərindən biri də dələduz tikinti işbazlarının cəzadan kənarda qalmasıdır. Məsələn üç il öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin dələduzluqda təqsirləndirilən “Sahil – S İnşaat” tikinti firmasında vəzifə tutmuş Pənah Kərimovu ev dustaqlığına buraxması böyük narazılıqla qarşılanmışdı. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, 2018-ci ildə tikintisi başlanan binanın hər hansı problemi yox idi, ta ki 2021-ci ildə Pənah Kərimovun şərikliyi ortaya çıxanadək. Elə bundan sonra mənzil almaq istəyənlərin aldadılması halları baş verib. Belə ki, Pənah Kərimov bir mənzili bir neçə şəxsə satıb və nəticədə xeyli insan dələduzluğun, fırıldağın qurbanı olub. Pənah Kərimovun dələduzluq əməlləri istintaq materiallarında öz əksini tapıb, Baş Prokurorluq yanında Mübarizə Baş İdarəsi onları zərər çəkən kimi tanıyıb, bütün faktlar ortadadır. Bunun ardınca iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyinə verilib. Onun prosesə hakimlik etdiyi dövrdə Pənah Kərimov həbsdə saxlanıb və təqsirləndirilən şəxsin vəkilinin qaldırdığı vəsatətlər əsaslı olaraq təmin edilməyib. Lakin bir müddət sonra işə sədrlik hakim Elnur Nuriyevə verilib. O isə özünün sədrlik etdiyi bu işin elə ilk iclasında Pənah Kərimovu ev dustaqlığına buraxıb. Pənah Kərimovun vətəndaşların aldadılmasına bir başa məsuliyyət daşıyıb və cumhuriyyet.az olaraq təqdim etdiyimiz videokadrlarda onun narazı sakinlərin qarşısına çıxması da bunun təsdiqidir. Yeri gəlmişkən onu da bildirək ki, Elnur Nuriyev həm də şərlənərək həbs olunmuş Tofiq Yaqublunun məhkəmə prosesinə hakimlik edib. Hakim məhkəmədə Tofiq Yaqubluya “Siz burada şou göstərirsiniz” deyirdi. İndi siz deyin, kimdir şou göstərən? E.Nuriyevin Pənah Kərimovu ev dustaqlığına buraxmasında əsas istinad yeri onun səhhəti və təcili əməliyyata ehtiyacı olması olub. Amma ötən 3 il ərzində P.Kərimov nəinki əməliyyat olunmayıb, əksinə tikinti biznesini genişləndirməklə məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə o “Sea Breeze”də tikinti işləri aparır. 165 ailənin mənzil qalmaqalında adı hallanan bir şəxsin belə nüfuzlu bir məkana necə yol tapması haqda isə növbəti yazımızda. Geri qayıt |