Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazir Qərərgah rəisini ehtiyata buraxdı

Nazir Qərərgah rəisini ehtiyata buraxdı


Bu gün, 15:19

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının Qərargah rəisi ehtiyata buraxılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Penitensiar Xidmətinin Mühafizə Alayının komandir müavini-Qərargah rəisi Vüqar Novruzov həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatdığına görə ehtiyata buraxılıb.
Qeyd edək ki, Vüqar Novruzov uzun illər Penitensiar Xidmətin mühafizə taborunun komandiri və digər vəzifələrdə çalışıb.

Geri qayıt