Əsas Səhifə > Ana xəbər / Güney Press > “Aztimont” ASC “qara siyahı”ya salındı

“Aztimont” ASC “qara siyahı”ya salındı


Bu gün, 10:50

"Aztimont” Açıq Səhmdar Cəmiyyəti (ASC) 1 il satınalma müsabiqələrində iştirak edə bilməyəcək.

"DİA-AZ" Valyuta.az-a istinadən xəbər verir ki, şirkət etibarsız təchizatçılar siyahısına salınıb.

Məlumatlara görə, buna səbəb “Aztimont” ASC-nin öhdəlikləri yerinə yetirməməsi olub.

“Aztimont” ASC cari ildə 1 tenderin qalibi seçilib.

Tender Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi keçirib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 717 600,32 manat olub.

“Aztimont” ASC 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 manatdır. Şirkətin qanuni təmsilçisi Şirinov Əliheybət Balakişi oğludur.


Geri qayıt