Əsas Səhifə > Ana xəbər / Güney Press > “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub

“İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub


Dünən, 12:18

BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Banker.az xəbər verir ki, təsisçilərin Ümumi Yığıncağının qərarı ilə Aləmşad Əliyev Cavanşir oğlu Müşahidə Şurasına üzv seçilib.

Buna qədər üzv olan Rüstəm Əzizov Əbdülhüseyn oğlunun adı siyahıdan çıxarılıb.

“FinDev” 2024-cü ili 685 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə 127 min manat və ya 15.6% azdır. Belə ki, 2023-cü ildə xalis mənfəət 813 min manat idi.

Xatırladaq ki, “İnkişaf üçün Maliyyə” MMC 2003-cü ildə təsis edilib. Nizamnamə kapitalı 300 min manat olmaqla, kapitalda 100 faiz payçı Böyük Britaniya şirkəti “Oksfam Təşkilati”dır.


Geri qayıt