Əsas Səhifə > Ana xəbər / Güney Press > “ETN-in fəaliyyəti ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini xatırladır”
“ETN-in fəaliyyəti ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini xatırladır”26-09-2025, 10:56 |
|
“Təhsil olmasa, innovasiya olmaz” – bu fikir E. Əmrullayevə məxsusdur. Əslində, təhsil olmadan heç bir sahədə uğur qazanmaq mümkün deyil. Təhsili zəif olan ölkə həm elm, həm texnologiya, həm də innovasiya sahəsində geri qalır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) ölkədə elm, təhsil və innovasiyaların inkişafına cavabdeh dövlət qurumu kimi son 25 ildə bu sahələrin tənəzzülünü sürətləndirib. Bunun ən açıq göstəricilərindən biri 2025-ci ildə məktəblilərin beynəlxalq riyaziyyat olimpiadasında və Bakıda keçirilən proqramlaşdırma üzrə tələbələrin 49-cu olimpiadasında uğursuz nəticələridir. Ölkədəki 50 universitet arasında hələ də “Tədqiqat Universiteti” yoxdur. Eyni zamanda, Azərbaycan “Qlobal İnnovasiya İndeksi”ndə son yerlərdə qərarlaşıb. Xüsusilə “biliklərin yayılması” (Knowledge diffusion) və “biliklərin mənimsənilməsi” (Knowledge absorption) göstəriciləri ölkəmiz üçün narahatedicidir:
Narahatedici məqam odur ki, ETN hələ də bu sahədə konkret strategiya və konseptual baxışa malik deyil. ETN-in fəaliyyəti ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini xatırladır. İlham Əhmədov Dosent Geri qayıt |