Əsas Səhifə > Ana xəbər / Güney Press > 'Azərsun' şəbəkəsi qida təhlükəsizliyimizi TƏHDİD EDİR...
'Azərsun' şəbəkəsi qida təhlükəsizliyimizi TƏHDİD EDİR...26-09-2025, 07:36 |
|
Xəbər verildiyi kimi, ötən il Rusiya nəzarət orqanları bildirib ki, “Starodvorskie kolbasa” şirkətinin kolbasalarında qadağan olunmuş ət yapışqanı – mikrobial transqlutaminaz aşkarlanıb. Şirkət “Vyazanka”, “Starodvorye”, “Soçinka” və “Yadryona kopot” brendləri altında məhsullar istehsal edir. Ferment əzələ toxumasını bir-birinə “yapışdırmaq” və aşağı keyfiyyətli məhsulların teksturasını yaxşılaşdırmaq üçün istifadə olunur. Bundan əlavə, üyüdülmüş balıq ətindən krevetka və krab çubuqları hazırlamaq üçün də tətbiq edilir. "DİA-AZ" xəbər verir ki, 32gun.az-ın araşdırmasına görə, “Starodvorye”yə məxsus məhsullar Azərbaycanda “Azərsun Holdinq”ə aid “Bazarstore” mağazalarında satılır. Qiymətlər belədir:
STARODVORYE SOSİSKA DATSKIYE KQ – Normal: 15.89 ₼ STARODVORYE SOSİSKA 400 Q MOLOCNIYE ZAVT – Endirimli: 6.99 ₼, Normal: 7.89 ₼
STARODVORYE KOLBASA 400 Q DOKTOR ORIGINA – Normal: 7.99 ₼ Departament məlumatına görə, 2023-cü ildə belə hallar 25-ə çatıb, 2022-ci illə müqayisədə iki dəfə artıb. 2024-cü ilin ilk yarısında isə artıq 28 hadisə qeydə alınıb.
Qeyd edək ki, “Bazarstore” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllədir. Şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir. "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Əhməd Gözəldir (Ahmet Gozal). O bu vəzifəyə yanvarın 18-də atası Abdolbari Gozalin dünyasını dəyişməsindən sonra gəlib.
Geri qayıt |