Əsas Səhifə > Ana xəbər / Güney Press > ETN-dən qəribə tender: Eyni məqsədli işi iki yerə niyə bölüblər?

ETN-dən qəribə tender: Eyni məqsədli işi iki yerə niyə bölüblər?


Bu gün, 13:02

Elm və Təhsil Nazirliyi (ETN) daha bir tender elan verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.

Orada bildirilir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınmasını reallaşdıracaq.

Bu işlərin görülməsi üçün tenderi udan şirkətə isə nazirlik 9 milyon 953 min 299 manat vəsait ayırmağa hazır olduğunu bildirib.

Marqlıdır ki, 24 sentyabr 2025-ci il tarixində ETN analoji tender keçirib və məlum olub ki, məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınmasını “KONEKS CONSTRUCTİON” MMC həyata keçirəcək. Bunun üçün isə tərəflər arasında 3 milyon 285 min 567 manatlıq müqavilə bağlanılıb.

Qəribə olan həm də odur ki, nazirlik eyni işi niyə iki yerə bölüb?


Geri qayıt