Əsas Səhifə > Ana xəbər / Güney Press > Lerikin icra başçısı da qanunları belə pozur

Lerikin icra başçısı da qanunları belə pozur


Bu gün, 06:58

Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi şəhərin parklarında, küçə və səkilərində abadlıq işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi məlum olub.

32gun.az-ın əldə etdiyi məlumata görə, “M-House Construction” MMC 403 min 199,68 manatlıq təkliflə qalib seçilib. Şirkətlə müqavilə bağlanması nəzərdə tutulur.

32gun.az-ın əldə etdiyi digər məlumata görə, tenderin qalibi olan MMC-nin dövlətə 7 min 147,16 manat vergi borcu mövcuddur. Bundan başqa, şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. “M-House Construction” MMC-yə qanuni təmsilçi olaraq Əhləman Yusifov Xasay oğlu rəhbərlik edir.

Qeyd edək ki, Lerik Rayon İcra Hakimiyyətinə Əkbər Abbasov, Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə isə Ramal Məstiyev rəhbərlik edir.


Geri qayıt