Əsas Səhifə > Ana xəbər / Güney Press > “GoldenPay”in (hesab.az) rəhbərliyinə təyinat olub

“GoldenPay”in (hesab.az) rəhbərliyinə təyinat olub


Bu gün, 10:51

“Hesab.az” platformasının yaradıcısı olan “QoldenPey” ASC-nin (GoldenPay) Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, bu vəzifəyə Orxan Nəcəfov təyin edilib.

O, hazırda əsas şirkət olan “Azerconnect Group”da baş maliyyə inzaibatçısıdır. Paralel olaraq “CityNet” şirkətinin də Müşahidə Şurasında üzv kimi təmsil edilir.

Orxan Nəcəfov Azerconnect şirkətində 2018-ci ilin aprel ayından etibarən Maliyyə üzrə Baş Müdir vəzifəsində çalışır. Daha əvvəl o, Azerconnect şirkətində Maliyyə üzrə Baş Müdirin müavini kimi törəmə müəssisələr və sabit şəbəkə biznesinin maliyyə idarəsindən məsul olmuşdur. “EY London”-da korporativ maliyyə üzrə təcrübə qazanmış Orxan Nəcəfov bank, istehlak məhsulları sektoru və dövlət layihələrində də maliyyə sahəsində yüksək vəzifələrdə çalışmışdır.

O, 2017-ci ildə London Biznes Məktəbində MBA dərəcəsi almışdır. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universiteti, DePauw Universiteti və Mərkəzi Avropa Universitetində Maliyyə və İqtisadiyyat ixtisasları üzrə təhsil almış, CFA proqramının hər 3 səviyyəsini tamamlamışdır. Ətraflı

Xatırladaq ki, “GoldenPay” şirkəti 2008-ci ildən tam hazırlıqlı formada fəaliyyətə başlamışdı. 2011-ci ildə şirkət tərəfindən “hesab.az” adlı ödəmə portalı yaradılmışdır.

Şirkət səhmlərin kütləvi satışını təşkil etmək məqsədilə 14 mart, 2014-cü il tarixində təşkilati hüquqi formasını Məhdud Məsuliyyətli Cəmiyyətindən Açıq Səhmdar Cəmiyyətinə dəyişdirmişdir.

26 mart 2025-ci il tarixində “GoldenPay” “Azerconnect Group”un tərkibinə daxil olub.


Geri qayıt