Əsas Səhifə > Ana xəbər / Güney Press > Rektorun tender əməliyyatları
Rektorun tender əməliyyatlarıBu gün, 09:56 |
Bakı Dövlət Universiteti (BDU) cari ilin əvvəlində 1 saylı “Yataqxana-Tələbə Evi”ndə cari təmir işlərinin satın alınması ilə tender keçirib. Reportyor.info xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC seçilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Mehdi Fərzəliyev barəsində də hər hansı məlumata rast gəlinmir. BDU-nun bu məbləğə aldığı mallara gəlincə, siyahıda kitab dolabı, paltar dolabı, sənəd dolabı, dəmir ayaqlı stul, masa və bu kimi invertarlar var. BDU-nun da vaxtaşırı bu şirkətə sifarişlər verməsi tərəflər arasında hansısa işbirliyinə dair şübhələri artırır. Ancaq universitetdə hər zaman tələbələri incidən Məsumə Məlikovanın 95 illiyini təntənəli şəkildə keçirdi. E. Babayev guya fizikdir. Müəllimlərimiz, professorlar Niftalı Qocayevin, Eldar Məsimovun, Məmməd Əliyevin, Nadir Qəhrəmanovun yubileyləri universitetdə keçirilmədi, ancaq universitetlə heç bir əlaqəsi olmayan, dostu və yerlisi Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilovun yubileyi təntənəli şəkildə keçirildi. Dərəbəylikdir… Ölkənin Baş Universitetində bu qədər ayrıseçkilik, intriqa yaratmaqmı olar? Adam universiteti dədə mülkü kimi idarə edir… Geri qayıt |