Əsas Səhifə > Ana xəbər / Güney Press > Bəzi Reabilitasiya mərkəzlərində İŞGƏNCƏ VƏ QANUNSUZLUQ
Bəzi Reabilitasiya mərkəzlərində İŞGƏNCƏ VƏ QANUNSUZLUQBu gün, 06:46 |
Son günlər cəmiyyətdə bəzi reabilitasiya mərkəzləri müzakirə mövzusuna çevrilib. Orada baş verən qanunsuzluqlar, insanların görüntülərinin açıq-aşkar paylaşılması, pasiyentlərə olunan xoşagəlməz davranışlar və digərləri nümunə kimi göstərilə bilər.Ajans.az mövzunu ətraflı araşdırmaq üçün vəkil Vüsal Cəfərovdan açıqlama alıb. Vəkil bildirib ki, reabilitasiya mərkəzi açmaq istəyən hər hansısa bir şəxs VÖEN ilə vergi üzrə qeydiyyatdan keçirlər. Sonra da xidmətin adını “ Consulting” qoyurlar( məsələn). Guya həmin mərkəz consulting ilə məşğul olur. Rəhbərlik də idarəyə müraciət edən şəxslərin valideynləri ilə müqavilə imzalayır. Həmin vətəndaş da orada saxlanılır, hətta işgəncə də verilir. İynənin, narkotikin vaxtı da gələndə həmin adam müqavimət göstərə bilmir. Bu da azadlığın qanunsuz şəkildə məhdudlaşdırılmasıdır. Xəsarətin ağırlıq dərəcəsinə cinayət məsuliyyəti tətbiq olunur. Bu qurumlar Səhiyyə Nazirliyinin icazəsi ilə açılmalıdır. Narkotik vaxtı çatan şəxsə də müəyyən iynələr vurulmalıdır. Lakin həmin iynə-dərmanların tərkibi necədir, hələ də məlum deyil. Bu da həmin qurumların fəaliyyətinin qanunsuz olduğunu göstərir. Vüsal Cəfərov açıqlayıb ki, əvvəlcə qeyd etmək lazımdır ki, bəzi Reabilitasiya Mərkəzləri pasiyentlərə göstərilən xidmət növünə görə əvvəlcədən bu fəaliyyətlə məşğul olmaq üçün xüsusi lisenziya alınmalıdır. Bilinən fakt budur ki, xüsusi sahələrə aid lizenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Reabilitasiya Mərkəzləri xüsusi sahə hesab olunmasa da, həmin Mərkəzlərdə tibbi xidmətdən istifadə, reabilitasiyanın zamanı tibbi prosedurlar tətbiq olunduğundan bu barədə Səhiyyə Nazirliyindən icazə alınmalıdır. O qeyd edib ki, eyni zamanda həmin Reabilitasiya Mərkəzlərində müalicə metodları əvvəlcədən müəyyən olunmalı, həmin müalicə metedları qanunvericilik baxımıdan icazə verilə bilən metodlar olmalıdır. Məhz buna görə bu cür müalicə metodlarının tətbiq edilməsi barədə əvvəlcədən razılıq alınmalıdır. Halbuki həmin Mərkəzlərin şəxsləri qanunsuz olaraq Mərkəzdə saxlamağa heç bir hüquqları yoxdur. Əsas kimi bu göstərilir ki, guya onlar müalicəyə ehtiyacı olan şəxslərin yaxın qohumları ilə müqavilə bağlayaraq, həmin şəxlsəri Mərkəzə qəbul edirlər. Lakin, bu şəxslərin iradələri əleyhinə Mərkəzdə saxlanmaları, müqavimət göstərilən zaman onlara zor tətbiq edilməsi Cinayət Məsuliyyətinə səbəb ola bilər. Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 145.1-ci maddəsinə əsasən adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə — iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Geri qayıt |