Əsas Səhifə > Ana xəbər / Güney Press > İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində...

İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində...


Bu gün, 05:01

Ermənistanın 10-a yaxın saytı Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd etdiyi fikirləri tirajlayıb.

Globalinfo.az xəbər verir ki, Ermənistan KİV İlham Əliyevin Cənubi Qafqazda sülhün təmin edilməsinin əməkdaşlıq üçün yeni imkanlar yaradacağı haqda dediklərinə diqqət çəkib.

Prezidentin “Əsas məqsədlərimizdən biri regionda qarşılıqlı etimada, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının yaradılmasıdır. Bu istiqamətdə məqsədyönlü səylər qonşu ölkələr arasında tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq” fikri xüsusi vurğulanıb.

Erməni KİV yazır ki, Prezident İlham Əliyev Cənubi Qafqazda yekun sülhü təkcə bizim region üçün deyil, həm də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün tarixi şans kimi görür.


Geri qayıt