Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir...

Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir...


Bu gün, 10:19

“Təxminən üç aydır ki, müqəddəs(dırnaqarası-S.L.) adamlar Maykl və Baqrat Milli Təhlükəsizlik Xidməti(MTX) təcridxanasının eyni kamerasında saxlanılır. Onlar nəinki “xaçlarını” şərəflə taxıb, vaxtaşırı azadlıqda olanlara mesaj göndərirlər, həm də təcridxanada mənəvi ab-hava yaradıblar. Düzdür, MTX təcridxanası ən sərt hesab olunur və məhbusların təmasları minimuma endirilir, lakin buna baxmayaraq, müqəddəs insanların mömin(guya-S.L.) obrazı divarları belə yarır. Həbsxana işçiləri arasında da müqəddəs(dırnaqarası-S.L.) insanlara böyük ehtiram var”.


Moderator.az xəbər verir ki, səhər saatlarında “Hraparak” belə yazır.
“Arxiyepiskop Baqratın səfərləri qapalıdır və onu yalnız vəkillər ziyarət edir, arxiyepiskop Mayklın isə yanına hər gün qonaqlar - deputatlar, qohumlar gəlir. Ondan soruşanda ki, nə lazımdır, necə faydalı ola bilər, o, ancaq kitablar istəyir və əvvəlcə ingiliscə kitablar istədi, amma son vaxtlar italyanca kitablar istədi, çünki bir vaxtlar 2 ilə yaxın İtaliyada, Mexitarist Ordenində yaşayıb və italyan dilini mükəmməl bilir. Ziyarətçilər bizi əmin edirlər ki, yepiskopların “ürəyi” yerindədir, baxmayaraq ki, ziyarətçilərdən biri bizə arxiyepiskop Mayklın baş verənlərdən incikliyini gizlədə bilməyəcəyini söylədi. Yepiskoplar hər gün bir saatlıq gəzintiyə arxiyepiskop Baqratın məşq etdiyi, arxiyepiskop Mayklın isə məşhur yerişi ilə getdiyi təcridxananın xüsusi sahəsinə gedirlər”, - davamında erməni nəşri belə yazır.
Xatırladaq ki, 2023-cü ilin yazından başlayaraq bir neçə ay ərzində revanşist xislətli, Kreml və onun İrəvandakı Erməni Kilsəsi, həmçinin Robert Köçəryan, Serj Sərkisyan kimi nökərləri tərəfindən dəstəklənən keşiş Baqrat Qalstanyan Paşinyan hakimiyyətinə və Azərbaycanla sülhə qarşı kütləvi
yürüşlər, mitinqlər təşkil etdi. Hətta Ermənistan İctimai Televiziyasında canlı çıxış etdi. Ancaq bir nəticə hasil edə bilmədi. Keşiş Maykl isə əsasən 2025-ci ili əvvəlindən meydana çıxdı. Sonda hər iki üzdəniraq din xadimi hakimiyyəti devirməyə çağırış və s. maddələrlə həbs edilərək zindana atıldı. Və hazırda birlikdə “istirahət” edirlər...

Geri qayıt