Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi
Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildiBu gün, 10:03 |
“Ermənistan Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Erməni Apostol Kilsəsinə yeni hücumlar edə bilər”. Globalinfo.az xəbər verir ki, bu barədə “Fakt” qəzeti yazıb. “İntensiv hücumlar davam edəcək bə buna mümkün qədər hazır olmalıyıq. Məsələ burasındadır ki, bundan əvvəl Paşinyan kilsəyə və yüksək rütbəli ruhanilərə qarşı elan etdiyi müharibədə açıq şəkildə uğursuzluğa düçar oldu. İndi o, qisas almağı planlaşdırır və bunun üçün yeni “alətlər” axtarışındadır. Onlar Erməni Apostol Kilsəsini gözdən salmaq üçün rüsvay edilmiş və ya cəzalandırılmış “kahinlər” tapmağa çalışırlar”, – deyə bildirilib. Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyanın “bütün ermənilərin katolikosu” seçkilərində öz namizədini dəstəkləməyə qərar verdiyi üzə çıxmışdı. O, Ovanavanq monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləmək niyyətindədir. Bir neçə gün öncə isə Ermənistan baş naziri II Qareginin istefası məsələsində güzəşt olmayacağını açıqlamışdı. Geri qayıt |