Əsas Səhifə > Ana xəbər / Güney Press > Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq
Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaqBu gün, 11:55 |
“İran parçalanacaq, Güney Azərbaycan azad olacaq”. Bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli “Cəbhə TV”-nin efirində qonaq olarkən deyib. Onun sözlərinə görə, Güney Azərbaycanın müstəqilliyi bəzi dairələrdə razılaşdırılıb: “Bizə Pişəvərinin qurduğu 90 min kvadratkilometr olan Güney Azərbaycanmı, yoxsa Kəngər körfəzinə qədər olan 410 min kvadratkilometrlik ərazimi təhvil veriləcək? Hələlik bunun nə dərəcədə razılaşdırılıb-razılaşdırılmadığını bilmirik. Lakin aldığım məlumata görə, hətta Tehran da veriləcək. Bu, 100 faizdir. İranın paytaxtının Tehrandan köçürülməsi də bununla bağlıdır”. Astroloq Güney Azərbaycanın 2028-ci ildə müstəqilliyini elan edəcəyini proqnozlaşdırıb: “İran yaxın illərdə bölünəcək və Güney Azərbaycan müstəqil olacaq. Bir növ Bütöv Azərbaycanın da siqnalı verilib. Proqnozlarıma əsasən bu proses 2028-ci ilədək yekunlaşacaq”. Geri qayıt |