Əsas Səhifə > Ana xəbər / Güney Press > Gömrükdəki tenderlər: özgəsinin nə işi var?

Gömrükdəki tenderlər: özgəsinin nə işi var?


Bu gün, 06:40

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı hemodializ tibbi sərf materiallarının satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.

32gun.az xəbər verir ki, satınalmanın qalibi “ZEYTUN PHARMACEUTICALS” MMC olub. Müqavilənin məbləği 273.075,6 AZN təşkil edəcək.

Lakin 32gun.az-ın əldə etdiyi digər məlumatlara görə, qalib şirkətə əvvəllər bir neçə dəfə maliyyə sanksiyaları tətbiq olunub. Belə ki, Operativ vergi nəzarəti çərçivəsində:

POS-terminalların quraşdırılması və istifadəsinə nəzarət zamanı 1000 manat,

Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı dəfələrlə 1000 manatdan 6000 manatadək maliyyə sanksiyası tətbiq edilib.

Bildirək ki, “Zeytun Pharmaceuticals” MMC-nin sahibi BƏHRUZ ŞİRƏLİYEV ƏVƏZ OĞLUdur. MMC-nin nizamnamə kapitalı isə 2000 AZN, hquqi ünvanı isə BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, OQTAY VƏLİYEV, ev 21C-dir. Mətbuatda gedən məlumatlara görə, Bəhruz Şirəliyev “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinirdi. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov, Mərkəzi Gömrük Hospitalının rəisi və baş həkimi isə Bəxtiyar Musayevdir.


Geri qayıt