Əsas Səhifə > Ana xəbər / Güney Press > SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil...
SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil...Bu gün, 06:19 |
Azərbaycanla Ermənistan arasında sülh mətninin razılaşdırılması mühüm nəticədir. Tərəflər arasında bu istiqamətdə uzun müddətdir danışıqlar gedirdi. Sözsüz ki, sülhlə bağlı rəsmi Bakının haqlı tələbləri var. Amma rəsmi İrəvan bu tələbləri icra etməkdə həvəsli görünmür. Ona görə də yekun sülh sazişi layihəsinin qısa zamanda imzalanması ehtimalı azdır. Sülh müqaviləsi nə vaxt və hansı ölkədə imzalana bilər? Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Referans-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin əldə edilməsinə nail olmağa çox yaxındır. Lakin ilk növbədə Ermənistan öz konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı iddialardan rəsmi olaraq imtina etməlidir. Bundan sonra isə paraflanmış sülh razılaşmasına əsasən iki ölkə arasında sülh sazişinin reallaşması mümkün olacaq. Qabil Hüseynli onu da deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağı məkanın da seçilməsi xüsusi əhəmiyyət kəsb edə bilər. Ən optimal versiya ondan ibarətdir ki, sülh sazişi Azərbaycan və Ermənistanın elə öz sərhəddində imzalansın. Bu daha yaxşı hal kimi qəbul olunmalıdır. Məlumdur ki, artıq son danışıqlar məlumdur ki, heç bir ölkənin vasitəçiliyi olmadan aparılır. Məhz buna görə də hansısa ölkənin ərazisində sülhün əldə edilməsi əvəzinə elə sərhəddə imzalanmanın icrası daha doğrudur. "Hesab edirəm ki, ikinci versiya kimi ən uğurlu yer Gürcüstanın paytaxtı Tbilisi ola bilər. Çünki sülh müqaviləsinin məhz Gürcüstanda əldə edilməsi birbaşa Qafqaza sülhün gəlməsi deməkdir. Bunun simvolik mənası da böyükdür. Lakin təbii ki, konkret olaraq sülhün harda və nə zaman əldə edilməsini isə biz yalnız hadisələrin məntiqi və siyasi nəticəsi zamanı biləcəyik", - deyə ekspet qeyd edib. Geri qayıt |