Əsas Səhifə > Ana xəbər / Güney Press > “Araz Supermarket”də təyinat olub
“Araz Supermarket”də təyinat olubBu gün, 09:22 |
Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) marketlər şəbəkəsi olan “Araz Supermarket” MMC-yə təyinat olub. Banker.az xəbər verir ki, Şəhla Yusifzadə “Araz” supermarketlər şəbəkəsində Keyfiyyət və qida təhlükəsizliyinin idarə olunması departament müdiri təyin edilib. Şəhla Yusifzadə 2010-2016-cı ilərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, 2019-2022-ci illər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində müxtəlif vəzifələrdə çalışmışdır. 2022-ci ilin oktyabr ayından Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətə başlayıb. Keyfiyyət Təminatı Departament müdiri, Keyfiyyət Auditi Departament müdiri vəzifələrində çalışıb. 2024-cü ildə COP29 Azərbaycan Əməliyyat Şirkətində Qida təhlüksizliyi üzrə baş menecer vəzifəsində çalışmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fəal iştirakına görə təltif edilmişdir. Şəhla Yusifzadə 2025-ci ilin mart ayında VŞQ-nin Baş İcraçı Direktorunun (CEO) Qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub. 1994-1998-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Qida məhsullarının texnologiyası” ixtisası üzrə bakalavr təhsili alıb. 1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini elə həmin ixtisas üzrə magistratura pilləsində davam etdirib. 2000-ci ildə “Qida məhsullarının texnologiyası” kafedrasında müəllim olaraq işə başlayıb və bu günə qədər də UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində tədrisi davam etdirir. İqtisad üzrə fəlsəfə doktorudur (Ph.D), beynəlxalq konfraslarda, yerli və xarici elmi-praktiki jurnallarda 60-a yaxın elmi məqalə və tezisləri dərc olunmuş, eyni zamanda bir neçə dərs proqramı, 2 İxtira Patentin, dərs vəsaiti və metodiki göstərişlərin həmmüəllifidir. Geri qayıt |