Əsas Səhifə > Ana xəbər / Güney Press > Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ

Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ


Bu gün, 07:28

Bu ilin əvvəlində Naxçıvanda gömrükdən rüsum kimi büdcəyə ödənilməli toplam 273 milyon manat mənimsənilməsi ittihamı ilə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Naxçıvan Dövlıt Gömrük Komitəsinin sabiq sədir Səhhət Həbibbəyli Azərbaycanı tərk etmək istəyir.

Bu barədə Gununsesi.info-ya daxil olan xəbərə görə, Səhhət Həbibbəyli aidiyyatı orqana yazdığı məktubunda müalicə olunması üçün Türkiyəyə getməli olduğunu deyib.

Mənbəmizin məlumatına görə, Səhhət Həbibbəylinin ölkəni tərk etməsi ilə bağlı müraciətinə baxılsa da ona “yox” cavabı verilib.

Xatırladaq ki, Səhhət Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yaxın adamlarından biri olub.

O, gömrüyün büdcəsinin talanması ilə bağlı məhkəməyə ifadəsində Talıbovların adını çəkmişdi.


Geri qayıt