Əsas Səhifə > Ana xəbər / Güney Press > "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?"

"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?"


Bu gün, 13:08

"Mətbuat SOCAR-ın Rumıniyadakı qurumunun rəhbəri Ramil Əsədulzadənin elə həmin qurumun işçisi (Zülümov demişkən, “kadro şöbəsi”nin rəhbəri) Bibiana Konstantinlə eşq macərasından yazır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.

Bildirək ki, "DİA-AZ" olaraq Ə.Həsənovun işarə etdiyi xəbəri biz də paylaşmışıq:

SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO

Hüquqşünas daha sonra fikrinə belə davam edir: "Əlbəttə, kim kiminlə sevişir və s. – bizə dəxli yoxdur. Hər kəsin şəxsi işidir. Ailəlidirlərsə belə, bu, yalnız onların həyat yoldaşlarına və övladlarına aid olan məsələdir. Bir şərtlə – bunu öz hesablarına və qeyri-iş yerində etməlidirlər. Məlumatdan isə görünən odur ki, Ramil Əsədulzadə və Bibiana Konstantin şəxsi görüşlərinə SOCAR-ın xidməti avtomobillərində gedir. Özü də nə avtomobillər: Audi Q7 və Skoda Kodiaq. Yəni keflərini də bizim, yəni xalqın hesabına edirlər. Onu da başa düşmürəm ki, “kadro şöbəsi”nin rəhbərinin niyə xidməti avtomobili var? Ümumiyyətlə, SOCAR-ın xeyli ölkədə dəbdəbəli ofisləri və böyük sayda əməkdaşı niyə lazımdır axı? Benzin satmaq üçün 2-3 işçi kifayətdir ki, uçot aparıb elektron şəkildə Bakıya lazımi məlumatları ötürsünlər. Şükür Allaha, yüksək texnologiyalar dövründə yaşayırıq. Demişəm və deyirəm: müasir dövrdə cinsi əlaqədən başqa az qala hər şeyi distant formada həyata keçirmək olar. Bu gün hansı dövlət qurumuna və məmura müraciət edirsən, deyir ki, hökumət ciddi qənaət rejiminə keçib, büdcədə pul yoxdur və s. və i.a. Belədirsə, bəs onsuz da səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur? Nə vaxta kimi bu qlamur oğlancıqlar komandası uşaqlıq, baxça, məktəb, məhəllə və s. dostları vasitəsilə ölkəmizi uçuruma apararaq və sosial-iqtisadi böhranı daha da dərinləşdirəcəklər?.."

"DİA-AZ"-dan zəruri QEYD: İndi bildinizmi 5 ildir SOCAR-ın sıravi işçilərinin maaşları niyə qalxmır... niyə yerində sayır?


Geri qayıt