Əsas Səhifə > Ana xəbər / Güney Press > Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdiBu gün, 07:46 |
Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyi "Generatorlara və elektrik tənzimləyiciləri üçün ehtiyyat hissələrinin və illik texniki servis xidmətinin satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi "CREA CONSTRUCTION AND SUPPLY" MMC ilə müqavilə imzalayıb. 32gun.az xəbər verir ki. tenderin qalibi olan şirkətlə xəstəxana arasında 19.990,38 AZN dəyərində müqavilə imzalanıb. Əldə etdiyimiz məlumata görə, qalib şirkətin 30 min manatdan çox (33927.18 AZN) vergi borcu mövcuddur. Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan MMC-nin qanuni təmsilçi ANAR RZAYEV YAŞAR OĞLUdur. Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir. Geri qayıt |