Əsas Səhifə > Ana xəbər / Güney Press > Modinin anlamsız Qafqaz siyasəti

Modinin anlamsız Qafqaz siyasəti


Bu gün, 07:40

Tiencində (Tianjin) keçirilən ŞƏT sammiti həqiqətən də həm həcm, həm də gündəmin ağırlığı baxımından diqqətə layiq idi.

ŞƏT sammiti necə keçdi?

Sammit Çinin Tiencin şəhərində 31 avqust-1 sentyabr 2025 tarixlərində təşkil olundu. Format genişləndirildi (“SCO Plus”), 20-dən çox dövlət və beynəlxalq təşkilatın rəhbəri qatıldı. Rəsmi ŞƏT saytına görə, liderlər 24 sənədi qəbul etdilər Tiencin Bəyannaməsi və 2035-ə qədər İnkişaf Strategiyası daxil, bu, təşkilat tarixində ən geniş paketlərdən biridir. Qəbul edilən əsas qərarlar isə, ŞƏT İnkişaf Bankının yaradılması barədə razılaşma regional layihələr üçün yeni maliyyə kanalı kimi nəzərdə tutulur.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb.

Çağırış və təhlükələrə qarşı universal mərkəz – Daşkənddə, RATS (Regional Antiterror Strukturu) bazasında

“Sektor proqramları və yol xəritələri, 2026-2030 üçün ekstremizm ideologiyasına qarşı mübarizə proqramı, 2030-a qədər Enerji Əməkdaşlığının İnkişaf Strateqiyasının icra yol xəritəsi, rəqəmsal iqtisadiyyat, yaşıl sənaye, Aİ (süni intellekt), elmi-texniki innovasiya, çoxtərəfli ticarət sisteminə dəstək barədə bəyanatlar.
Müşahidəçi və dialoq tərəfdaşı statusları birləşdirilərək “ŞƏT tərəfdaşı” anlayışı formalaşdırıldı (Lao PDR-ə verildi). Məqsəd beynəlxalq əməkdaşlıq arxitekturasını sadələşdirməkdir. Sədrliyin ötürülməsi, 2025-2026 dövrü üçün sədrliyi Qırğızıstan qəbul etdi; növbəti yüksək səviyyəli toplantının 2026-da keçirilməsi planlanır”-deyə politoloq Nicat İsmayılov qeyd edib.

Azərbaycanın iştirakı

Politoloq bildirib ki, cənab Prezident İlham Əliyev Tiençində Şi Cinpinlə görüşdü. Çin tərəfi Azerbaycanın ŞƏT-ə üzvlüyünü dəstəklədiyini açıq bəyan etdi: “Tərəflər süni intellekt, elm-texnologiya innovasiyaları, maliyyə və media sahələrini əhatə edən bir neçə iki tərəfli saziş imzaladılar. Həmçinin Trans-Xəzər (Orta Dəhliz) üzrə səmərəliliyin artırılması vurğulandı.
“SCO Plus” çıxışında Cənab Prezident İlham Əliyev “SCO Plus” toplantısında çıxış edərək nəqliyyat-logistika dəhlizləri və Çinin rolunu önə çəkdi (regiondaxili əlaqəlilik, enerji, ticarət).
Sammit kənarında bir sıra ikitərəfli təmaslar keçirildi (məs., Ermənistan Baş naziri ilə qısa görüş barədə yerli və regional media məlumat verdi). Bu cür təmaslar sülh gündəliyinə dair “konstruktiv dialoq” mesajını gücləndirdipolitoloq Nicat İsmayılov qeyd edib.
Nicat İsmayılov vurğulayıb ki, Hindistan Azərbaycanın ŞƏT-ə tam üzvlük müraciətini bu dəfə də bloklayıb və Bakı bunu Pakistanla strateji yaxınlıq amili ilə izah edir.
“Bu iddialar Azərbaycan və region mediasında, eləcə də Hindistan mediasında yer aldı. (Qeyd: bu, rəsmi ŞƏT sənədində deyil, siyasi-mediya məlumatıdır.) Eyni zamanda, Çin liderliyi Bakıya dəstəyini açıq ifadə etdi, bu da prosesin siyasi dinamika qazandığını göstərir”-deyə politoloq bildirib.

Azərbaycanın konkret “qazancları” - Pekinlə strateji xəttin möhkəmlənməsi

Nicat İsmayılov qeyd edib ki, Si Cinpinin açıq dəstəyi Azərbaycana ŞƏT daxilində legitim və “tənzimləyici kapital” qazandırır, üzvlük perspektivi gündəmdə saxlanır.
“Bakı üçün “SCO Plus” kürsüsü öz mesajlarını həm Mərkəzi Asiya, həm də Cənubi Asiya auditoriyasına birbaşa çatdırmaq imkanı verdi. ŞƏT İnkişaf Bankı qərarı fonunda, Orta Dəhliz, liman, dəmir yolu modernizasiyası, enerji-keçid layihələri üçün gələcəkdə alternativ maliyyə kanalı yarana bilər. Təbii ki, Bankın institusionallaşması və kredit siyasəti formalaşdıqca real pəncərələr aydınlaşacaq.
Süni intellekt, rəqəmsal iqtisadiyyat və elm-texnologiya üzrə imzalanan sənədlər konkret əməkdaşlıq çərçivəsi yaradır. Universitet-sənaye layihələri, govtech, rəqəmsal ticarət, səmtləndirici standartlaşma. Bu, Azərbaycanın “post-neft” transformasiyasına uyğun gəlir. Cənab Prezident İlham Əliyevin çıxışında Trans-Xəzər, Orta Dəhliz prioritetinin qabardılması, ŞƏT məkanında dəhlizlərarası əlaqəliliyin Azərbaycan üzərindən optimallaşdırılması fikrini saxladı. Bu da həm tranzit gəlirləri, həm də geoiqtisadi çəkini artırır.
Düşənbə və Daşkənddə təsis ediləcək mərkəzlər (narkotiklərlə mübarizə; çağırış və təhlükələrə qarşı koordinasiya) regionda kəşfiyyat-məlumat mübadiləsini artıracaq. Azərbaycan üçün sərt təhlükəsizlik gündəmlərində əməli partnyorluq imkanları deməkdir.
Risklər və incə məqamlara(realist baxış) toxunsaq, Hindistan faktoru, Üzvlük məsələsində Yeni Dehlinin vetosu prosesin uzanmasına səbəb ola bilər. Bakının Delhi ilə paralel kanalları aktiv saxlaması vacibdir”-deyən politoloq bildirib ki, ŞƏT çərçivəsində Pekinlə inteqrasiya dərinləşərkən, AB/ABŞ ilə enerji-yaşıl texnologiyalar, təhlükəsizlik xəttinin balansı. xüsusilə də sanksiya mühitində layihələrin maliyyə-hüquqi dayanıqlığı üçün qorunmalıdır”-deyə Nicat İsmayılov bildirib.
Politoloqun fikrincə, nəticə etibarilə, Tiencin sammiti ŞƏT-in institusional inkişafına (2035 Strategiyası, yeni maliyyə və təhlükəsizlik alətləri) impuls verdi. Azərbaycan üçün bu toplantı üç xətt üzrə mənalı idi:
  1. Geosiyasi legitimlik və dəstək, Çinlə açıq siyasi sinxronlaşma və üzvlük niyyətinə məzmunlu dəstək.
  1. Geo-iqtisadi fürsətlər; ŞƏT İnkişaf Bankı perspektivi və Orta Dəhliz gündəminin mərkəzə çəkilməsi.
  1. Təhlükəsizlik əməkdaşlığı, Yeni mərkəzlər və proqramlar vasitəsilə əməli koordinasiya imkanlarının artması.
Nicat İsmayılov qeyd edib ki, Hindistanın Azərbaycana olan qərəzi üzvlük marşrutunu çətinləşdirir, amma Pekinin dəstəyi və Bakı-Pekin xəttinin fəallaşması bu “uzun oyun”da Azərbaycanın əlini gücləndirir.

Geri qayıt