Əsas Səhifə > Ana xəbər / Güney Press > Aqrar Xidmətlər Agentliyi vergi borcu olan şəxslə müqavilə bağladı
Aqrar Xidmətlər Agentliyi vergi borcu olan şəxslə müqavilə bağladıDünən, 07:20 |
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yeni satınalma müqaviləsi bağlayıb. 32gun.az xəbər verir ki, agentliyin tabeliyində fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə məxsus soyuducu anbarların cari təmir xidmətləri üçün keçirilən satınalmanın qalibi fiziki şəxs Rəhim Qafil oğlu Vəliyev olub.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, qalib fiziki şəxsin dövlətə 7 min 129,74 manat vergi borcu mövcuddur.
Geri qayıt |