Əsas Səhifə > Ana xəbər / Güney Press > "Bu qurumlar birləşməlidir"
"Bu qurumlar birləşməlidir"Dünən, 13:07 |
"Gömrük orqanları ilə iqtisadiyyata bağlı orqanların birləşdirilməsi məsələsi tez-tez gündəmə gətirilir. Dəfələrlə bu məsələ müzakirə obyekti olub. Prinsip etibarı ilə bu birləşmə mümkündür".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Azərbaycanda hansı komitə və qurumların ləğvinin vacib olduğu barədə suala cavabında deyib.
"Əvvəllər Vergilər Nazirliyi olub. Sonradan bu nazirlik İqtisadiyyat Nazirliyinə birləşdirildi. Bu isə son nəticədə İqtisadiyyat Nazirliyinin nəhəng bir struktura çevrilməsinə gətirib çıxartdı", deyə həmsöhbətimiz bildirib.
Ekspertin fikrincə, inzibati-siyasi sahədə fəaliyyət göstərən qurumların da bəzilərinin vahid mərkəzdə birləşdirilməsi vacibdir.
Qeyd edək ki, uzun müddətdir Azərbaycanda bir sıra qurumların digər qurumlara birləşdirilməsi və yaxud ləğvi məsələsi gündəmə gətirilir. Bu günlərdə ReAL Partiyasının sədri Natiq Cəfərli isə mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kimi qurumların ləğv edilməli olduğunu deyib:
"Gömrük Komitəsi ümumiyyətlə ayrıca qurum kimi ləğv edilməlidir. Çünki bu, ruslardan kopyalanmış bir modeldir. Nəyə lazımdır? Dünyanın çox az ölkəsində ayrıca gömrük orqanları var. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi kimi qurumlar da bu sırada yer alır. Azərbaycanda iqtisadiyyatın önünü açmaq üçün çoxlu agentliklərin, idarələrin ləgv edilməsi və sadə, şəffaf qaydaların tətbiqi lazımdır".
Geri qayıt |